İspaniya çempionatının 8-ci turunda "Real"ın "Vilyarreal" üzərində 1:0 hesablı qələbəsindən sonra Yan Diomande vurduğu qolu 2025-ci ildə dünyasını dəyişmiş bacısına həsr edib. Sport24.az xəbər verir ki, Madrid klubunda ilk dəfə fərqlənən kot-d'İvuar futbolçu bu barədə sosial media hesabında paylaşım edib.

 

"La Liqadakı ilk qolum sənin üçündür, balaca bacım. Əbədi olaraq qəlbimdə qalacaqsan", – deyə Diomande qeyd edib. 

 

Diomandenin bacısı Roksana 2025-ci ildə bir məclisdə içkisinə naməlum maddə qatıldıqdan sonra vəfat edib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

Qeyd edək ki, Diomande ötən yay 125 milyon və əlavə olaraq 15 milyon avro bonus qarşılığında "Leyptsiq"dən "Real"a keçib. Bu, Madrid klubunun tarixində rekord transfer hesab olunur.