Kriştiano Ronaldo Portuqaliya millisindən kənarlaşdırılıb. Sport24.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
40 yaşlı hücumçu intizamsız davranışlara görə bu cəzaya məruz qalıb.
Ronaldo Millətlər Liqasının gedişində öz istəyi ilə yığmanın düşərgəsini tərk etmiş, baş məşqçi Jorje Jezuşla mübahisə yaşamışdı.
Qeyd edək ki, Ronaldonun cəzası müvəqqətidir.