Misli Premyer Liqasında 7-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Zirədə keçiriləcək. Qəsəbənin eyniadlı təmsilçisi "Şamaxı"nı qəbul edir. 6 turdan sonra aktivində 10 xal olan "qartallar" tunir cədvəlinin 5-ci, "şirlər" isə 9 xalla 7-ci pilləsində qərarlaşıb. "Kəpəz" isə dünən qələbə qazanmaqla "Zirə" ilə xallarını bərabərləşdirib. Heç şübhəsiz ki, Rəşad Sadıqovun komandası ən yaxın izləyicilərindən uzaqlaşmaq və xal ehtiyatını artırmaq üçün bu oyunda yalnız qələbəyə oynayacaq. Yeri gəlmişkən Azər Bağırovun "şirlər"i Zirdədən qələbə ilə ayrılacağı təqdirdə "Şəfa" - "Turan Tovuz" matçının nəticəsindən asılı olaraq 4-cü pilləyə də yüksələ bilər.

 

Qeyd edək ki, turun dünən keçirilən görüşlərində "Neftçi" - "Sabah" matçında (0:0) qapılara qol vurulmayıbsa, "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məyus edib. 

 

Misli Premyer Liqası

I dövrə, VII tur

 

17:00. "Zirə" - "Şamaxı" 0:0 (Birinci hissə)

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zirə. İdman Kompleksinin stadionu.

 

"Zirə": 72. Hüseynəli Quliyev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato 9. Davit Volkov 21. Rikardo Martins 5. Ange Mutsinzi 3. Dimitri Leqbo 33. Mehdi Mişahşah

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 57. Yusif Hacıyev 43. Əhliman Süleymanzadə 10. Giorgi Papunaşvili 7. Eren Aydın 23. Dameyn Smit

Baş məşqçi: Rəşad Sadıqov

"Şamaxı": 1. Rikardo Fernandes (k) 14. Uğur Cahangirov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 10. Edqar Adilxanov 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ

Baş məşqçi: Azər Bağırov