"İki böyük komanda arasında gərgin mübarizə şəraitində keçən oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Falaye Sako deyib.
31 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turunda "Sabah"la qarşılaşmanı dəyərləndirib:
"Sabah"ın keyfiyyətli futbolçuları var və rəqibin gücünü yaxşı bilirdik. Buna görə də bütün həftə ərzində bu qarşılaşmaya ciddi hazırlaşır, məşq prosesində oyunun üzərində ətraflı işləyirdik. Hesab açılmasa da, düşünürəm ki, azarkeşlər üçün maraqlı və mübarizəli qarşılaşma alındı. Şəxsi çıxışıma gəlincə, müdafiədəki oyunumu müsbət qiymətləndirirəm. Belə görüşlərdə müdafiəçilərin üzərinə böyük məsuliyyət düşür. Əsas vəzifəmiz rəqibin hücumlarının qarşısını almaq və qapımızı toxunulmaz saxlamaqdır. Meydanda diqqətli olmaq, düzgün mövqe seçmək və komanda şəklində hərəkət etmək çox vacibdir. Bu baxımdan, fikrimcə, komanda olaraq üzərimizə düşən işi yaxşı yerinə yetirdik. Ümumilikdə, çox yaxşı təsir bağışladıq. Qarşılaşmada göstərdiyimiz oyundan razı qaldım".
Qeyd edəki ki, dünən baş tutaqn matç qolsuz başa çatıb.