"Real"ın məşqçilər korpusunun keçmiş üzvü — hansı ki, son illərdə komandada çalışıb — hücumçular Kilian Mbappe və Vinisius Juniorun komandanın çıxışına təsiri barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, adı açıqlanmayan mütəxəssis bu barədə "The Athletic" nəşrinə danışıb:

 

"Bu, həm futbol, ​​həm də eqo məsələsidir, amma hər şeydən əvvəl futbolla bağlıdır. Vinisius-Mbappe cütlüyündən biri klubu tərk etməyənə qədər bu problem həll olunmayacaq".

 

Qeyd edək ki, Mbappe cari mövsümdə bütün turnirlərdə səkkiz oyun keçirib və səkkiz qol ilə iki məhsuldar ötürməyə imza atıb. Vinisius da səkkiz matçda meydana çıxıb və bir qol ilə üç məhsuldar ötürmə ilə yadda qalıb.