"Çelsi"nin futbolçusu Moyzes Kaysedo zədəsini sağaldıb. Sport24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xabi Alonso yerli mətbuata açıqlamasında deyib.

 

O, yarımmüdafiəçinin oynamağa hazır olduğunu bildirib.

 

Ekvadorlu futbolçu ötən aydan zədəli idi. O, bu mövsüm Premyer Liqada bir oyuna çıxıb.

 

"Çelsi" çempionatda bu gün "Bornmut"la qarşılaşacaq. Matça saat 18:00-da start veriləcək.