Braziliyanın "Palmeyras" klubunun futbolçusu Luis Paçeço karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, PSJ 18 yaşlı yarımmüdafiəçini izləyir.

 

Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

 

"Palmeyras"ın yetirməsi olan Luis komandada 13 oyuna çıxıb.

 

Qeyd edək ki, PSJ nümayəndələri qış transfer dönəminədək oyunçunu yaxından izləyəcək.

 

Futbolçunun "transfermarkt"da dəyəri 1.5 milyon avrodur.