Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatların təqdimetmə mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.

 

7-ci dan dərəcəsinə Elçin İsmayılov və Fərhad Məmmədov layiq görülüblər.

 

6-cı dan dərəcəsi isə Elxan Məmmədov, İrina Kindzerska, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova təqdim olunub.

 

Dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.