Bu gün daha bir cüdoçumuz Bakıda keçirilən dünya çempionatında tatamiyə çıxacaq. Sport24.az xəbər verir ki, olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) medallar uğrunda mübariəyə qoşulur.
Kotsoyevin ilk rəqibi 1/32 finalda türkmənistanlı Baymırat Majanov olacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa oktyabrın 11-də yekun vurulacaq. Əvvəlki günlərdə cüdoçularımızdan Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.