Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb. Sport24.az xəbər verir ki, milli üzvü bu mərhələdə Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambu ilə qarşılaşıb.

 

Görüş rəqibin qələbəsiylə başa çatıb.

 

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

 

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.