"Korintians" klubu baş məşqçi Fernando Dinizlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.
52 yaşlı braziliyalı mütəxəssis komandaya 2026-cı ilin aprelində rəhbərlik etməyə başlamışdı. Dinizlə birlikdə onun məşqçilər korpusu da düşərgəni tərk edib.
Qeyd edək ki, "Korintians" 29 turdan sonra turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda 8 qələbə, 8 heç-heçə və 13 məğlubiyyətlə ümumilikdə 32 xal toplayıb.