"Yuventus" qapıçı Qulyelmo Vikarionun transfer hüquqlarını İngiltərənin "Tottenhem" klubundan almaq hüququndan istifadə etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

"Yuventus" Vikarionun çıxışından çox razıdır və artıq futbolçunu "Tottenhem"dən almaq hüququnu (8 milyon avro və əlavə olaraq 2 milyon avro məbləğində bonuslar) həyata keçirməyi planlaşdırır. Hazırda 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə hazırlanır".

 

Qeyd edək ki, 30 yaşlı qolkiper A Seriyasında 5 oyun keçirib və üç matçda qapısını toxunulmaz saxlayıb. "Tottenhem"ə keçməzdən əvvəl Vikario "Empoli", "Venetsiya" və "Kalyari" kimi İtaliya klublarında çıxış edib.