"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə imzalayaraq liqada ən yüksək maaş alan məşqçiyə çevrilib. Sport24.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, baş məşqçinin dördillik yeni müqaviləsinin dəyəri 25 milyon funt-sterlinq (29,5 milyon avro) təşkil edir. Bu məbləğin təxminən 20 milyon funt-sterlinqi (23,6 milyon avro) əsas maaş, qalanı isə nəticələrə əsaslanan bonuslardan ibarətdir. Bu, onun əvvəlki qazancı ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Belə ki, müddəti başa çatan müqaviləyə əsasən, o, bonuslar daxil olmaqla 15 milyon funt-sterlinq (17,7 milyon avro) qazanırdı.

 

Müqayisə üçün qeyd edək ki, məlumatlara görə, Unai Emeri, Andoni İraola, Enzo Mareska və Roberto De Zerbi ildə 10 milyon ilə 12 milyon funt-sterlinq (11,8–14,1 milyon avro) arasında, Oliver Qlasner isə buna yaxın səviyyədə gəlir əldə edir.