"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun cari mövsümündə debüt matçına çıxıb. Sport24.az xəbər verir ki, C qrupunda mübarizə aparan bölgə təmsilçisi ilk tur çərçivəsində Türkiyənin "Esenler Erokspor" klubunun qonağı olub.
İstanbulda baş tutan qarşılaşmada meydan sahibləri üstünlük göstərərək 92:63 hesabı ilə qalib gəliblər. Bu nəticə ilə gəncəlilər beynəlxalq turnirdəki ilk sınaqlarından xalsız ayrılıblar.
"Gəncə"nin yer aldığı C qrupunda Türkiyə klubu ilə yanaşı Rumıniyanın "Universitatya Krayova", Portuqaliyanın "Sportinq", Bolqarıstanın "Rilski Sportist" və Yunanıstanın "Kolossos" komandalarına qarşı da qüvvəsini sınayacaq.
Qeyd edək ki, təmsilçimiz növbəti oyununu oktyabrın 13-də keçirəcək. Gəncə İdman Sarayında təşkil olunacaq qarşılaşmada basketbolçularımız Yunanıstanın "Kolossos" kollektivini qəbul edəcəklər.