Qadınlardan ibarət Azərbaycan milli komandası oktyabrın 5-dən 13-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirir. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Millimiz hazırlıq çərçivəsində oktyabrın 9-da "Antalyaspor"un qadın komandası ilə yoldaşlıq oyunu keçirəcək.

 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşma "Titanic Deluxe Belek Football Center"də baş tutacaq.