Skott Maktominey "Napoli"dən ayrıla bilər. Sport24.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.

 

Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

 

İtaliya klubu oyunçusunu satmağın əleyhinə deyil. A Seriyası nəhəngi 29 yaşlı futbolçunun satışından 25-30 milyon avro gəlir əldə etməyi planlaşdırır.

 

Qeyd edək ki, "Napoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən 30,5 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.