"Arsenal" baş məşqçi Mikel Artetanın müqaviləsinin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

44 yaşlı mütəxəssislə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabrında "Arsenal"ın baş məşqçisi vəzifəsinə təyin olunub. London təmsilçisi ispaniyalı çalışdırıcının rəhbərliyi altında 2025/26 mövsümündə Premyer Liqanın qalibi olub.