I Liqada yarışan "Səbail" heyətinə yeni legioner cəlb edib. Sport24.az xəbər verir ki, Quba təmsilçisi hücumçu Mbup Babakarla güclənib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 24 yaşlı forvardla "1+1" illik müqavilə bağlanıb. Seneqallının son klubu Serbiya Superliqasında çıxış edən "Radniçki" olub.