Azərbaycan I Liqasında bu gün IV tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçiriləcək. Lider "Şahdağ Qusar" "Zaqatala"nı qəbul edəcək.

 

Matça saat 15:30-da start veriləcək.

 

Turun digər görüşləri 8 və 9 oktyabrda keçiriləcək.

 

Qeyd edək ki, "Şahdağ Qusar" 3 turdan sonra 9 xalla liderdir. 4 xalı olan "Zaqatala" isə 6-cı sıradadır.