Türkiyə millisində baş məşqçi Vinçenso Montella ilə bağlı qərar verilib. Sport24.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) mütəxəssislə yollarını ayıracaq.
Bu barədə "Milliyet" nəşri məlumat yayıb.
İtaliyalı məşqçi 5 aylıq məvacibini təzminat kimi alacaq.
Türkiyə yığması Millətlər Liqasında A Liqasında 4 oyunu da uduzub və yeni mövsümdə B Liqasında mübarizə aparacaq.
"Ay ulduzlular" Montellanın rəhbərliyi altında dünya çempionatında uğursuz çıxışı ilə diqqət çəkmişdi.