Rafinya "Barselona" ilə müqaviləsini uzadıb. Braziliyalı futbolçu ilə Kataloniya klubu arasındakı yeni saziş 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial media hesabında paylaşım edib.

 

Oyunçunun vəkilləri və nümayəndələrinin də iştirak etdiyi sövdələşmənin bütün detalları tam razılaşdırılıb. Bu həftə rəsmi açıqlama və təqdimat mərasiminin keçirilməsi gözlənilir.

 

Qeyd edək ki, Rafinya"Barselona"da 185 oyun keçirib, 89 qol vurub və 62 məhsuldar ötürmə edib.