Kilian Mbappe "Real"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fransua Qalyardo "X" sosial şəbəkəsində paylaşım edib.

 

Onun sözlərinə görə, futbolçu hazırkı durumundan məyusdu və  2027-ci ilin yayında İspaniya komandasından ayrılmaq qərarına gəlib. Klubun buna mane olmayacağı qeyd olunur.

 

Qalyardo bildirib ki, Mbappe karyerasını Premyer Liqa klubunda davam etdirmək niyyətindədir.

 

Mbappe 2024-cü ildən "Kral klubu"nun formasını geyinir. 27 yaşlı hücumçunun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

 

Qeyd edək ki, Mbappe bu mövsüm səkkiz oyunda meydana çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.