"Milan"ın yarımmüdafiəçisi Aleksis Salemakers sağ topuğundan əməliyyat olunacağına görə, 2026-cı ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, belçikalı futbolçunun sağalma prosesi üç aydan çox vaxt aparacaq və onun meydana yeni ildə qayıtması gözlənilir.

 

Salemakers sentyabrın 29-da "Milanello"dakı məşq zamanı zədələnib. İlkin müayinələr zamanı sümük və ya bağ zədəsi aşkar edilməsə də, futbolçu fiziki hərəkətlər zamanı şiddətli ağrılar hiss etməyə davam edib və bu da əlavə diaqnostik müayinələrin aparılmasını zəruri edib.

 

Dünən klub rəsmi olaraq yeni zədənin futbolçunun 2024-cü ildə "Roma"da icarə əsasında çıxış edərkən keçirdiyi əməliyyat nahiyəsinə təsir etdiyini təsdiqləyib. "Milan"ın açıqlamasında qeyd olunub ki, son zədə əvvəlki əməliyyat bölgəsində topuğun sabitliyini pozub. Mütəxəssislər konservativ müalicə üsullarını nəzərdən keçirsələr də, Salemakers əməliyyat olunmağa üstünlük verib.