Norveçlə matçda meydana çıxmayan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Jorje Jezusa bir sıra tələblər irəli sürüb. Sport24.az xəbət verir ki, bu barədə "CNN Portugal" məlumat yayıb.

Ronaldoyla söhbətdən sonra məşqçi oyunçudan Danimarka-Portuqaliya matçından əvvəl təşkil olunacaq mətbuat konfransında toxunmalı olduğu məsələlərin siyahısını alıb. Tərəflər və vasitəçilər arasında əldə olunan razılığa əsasən, Jezus mətbuat konfransına vəziyyəti yumşaltmağa və aralarındakı problemin həll olunduğunu təsdiqləməyə yönəlmiş bəyanatla başlamalı idi.

 

Mətbuat konfransında Jezus Kriştiano Ronaldonun milliyə olan bağlılığını və sevgisini xüsusi vurğulamalı idi.

 

Jezus etiraf etməli idi ki, Ronaldo ilə görüşü zamanı oyunçu üçün 2026/27 mövsümündə milli ilə bağlı bir plan hazırlayıb və Ronaldo bu planı təsdiqləyib. O, həmçinin etiraf etməli idi ki, ilkin plana əsasən, oyunçunun Norveçə qarşı matçda meydana çıxması nəzərdə tutulmayıb.

 

 

Razılaşmaya əsasən, baş məşqçi Kriştiano Ronaldonu Pele və ya Maradona kimi əfsanələrlə müqayisə etməli imiş.

 

Mətbuat konfransında Jesus əvvəlcədən razılaşdırılmış bir neçə mövzuya toxunsa da, du, utbolçudan üzr istəməyib. Nəticədə Ronaldo milli komandanın düşərgəsini tərk etmək qərarına gəlib.