"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo baş məşqçi Jorje Jezusun rəhbərliyi altında Portuqaliya millisində oynamayacaq.

 

Sport24.az "CNN Portugal"a istinadən xəbər verir ki, 41 yaşlı hücumçu UEFA Millətlər Liqasının 4-cü turunun Norveçlə oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında təcrübəli məşqçinin şərhlərindən narazı qalmışdı.

 

Ronaldo ilə Jesus arasındakı münaqişə Portuqaliyanın ikinci turda Norveçlə (2:1) matçdan sonra başlamışdı. O, bütün oyunboyu ehtiyat oyunçular skamyasında oturmasından narazı qalmışdı. Tanınmış futbolçu 3-cü turun Danimarka ilə oyunundan (4:2) əvvəl komandanın məşqlərinə məhəl qoymayaraq, millinin düşərgəsini tərk etmişdi.

 

Maraqlıdır ki, Jorje Jezus son turun oyunundan sonra keçirilmiş mətbuat konfransında Ronaldo haqda danışaraq, üzr istəməli bir şeyinin olmadığını bildirib.