Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, o bürünc medal uğrunda görüşdə braziliyalı Daniel Karniyə qalib gəlib.

 

Bu, Azərbaycanın mundialdakı ikinci medalıdır.

 

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

 

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.