"Milan" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, İtaliya təmsilçisinin yarımmüdafiəçisi Aleksis Salemakers zədələnib.
Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Yarımmüdafiəçi zədə səbəbindən azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Salemakers bu mövsüm A Seriyasında 4 oyunda 1 məhsuldar ötürmə edib.