Argentina Futbol Assosiasiyasının məşq bazasında təşkil olunan mərasimdə Lionel Messiyə Buenos-Ayres Universitetinin fəxri doktoru adı verilib. Sport24.az xəbər verir ki, bu barədə "Cların" nəşri məlumat yayıb.

 

Universitetin rektoru Rikardo Gelpi və onun müavini Emiliano Yakobitti universitet şurası üzvlərinin iştirakı ilə diplom və medalı 39 yaşlı hücumçuya təqdim ediblər. Tədbir əfsanəvi futbolçunun milli komanda heyətindəki vida oyunu – Beninə qarşı yoldaşlıq görüşü ərəfəsində baş tutub.

 

Messinin isə məsələyə reaksiyası belə olub: 

 

"Belə bir şey alacağımı heç vaxt təsəvvür etməzdim. Futbolla və ya bu idman növündə əldə etdiyim nailiyyətlərlə birbaşa əlaqəsi olmayan – bəlkə də əslində əlaqəsi var – bir şey. Belə bir etirama layiq görülmək mənim üçün böyük qürur mənbəyidir". 

 

Qeyd edək ki, Messi səkkizqat "Qızıl top"un səkkizqat qalibidir. Argentina millisi ilə dünya çempionluğunu və Olimpiya Oyunlarını qazanan Leo, həmçinin ikiqat "Copa América" ​​çempionudur. O, millinin heyətində keçirdiyi 209 oyunda 125 qol vurub və 70 məhsuldar ötürmə edib.