"Arsenal"ın hücumçusu Noni Madueke bu qış icarə əsasında başqa komandaya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

 

"Atletiko" və "Yuventus" 24 yaşlı cinah oyunçusuna maraq göstərir. Bildirilir ki, klublar ingilis futbolçu üçün xüsusilə icarə variantını nəzərdən keçirirlər.

 

Qeyd edək ki, Madueke 2025-ci ildən "Arsenal"da çıxış edir. O, "topçular"ın heyətində ümumilikdə 48 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.