"Kəpəz"in futbolçusu Viktor Stinanın çıxış etdiyi Moldova yığması Millətlər Liqasında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda IV turda Slovakiyanı qəbul edib.
Matç Moldovanın məğlubiyyəti ilə başa çatıb – 0:4.
Stina bu görüşə ehtiyatda başlayıb. O, 67-ci dəqiqədə hesab 0:3 olarkən meydana daxil olub.
Qeyd edək ki, Moldova 4 turdan sonra 4 xalla 3-cü sıradadır.