Oktyabrın 22-dən 30-dək Bakıda U-15 dünya çempionatı və festivalı keçiriləcək. Sport24.az xəbər verir ki, turnirdə FIFA-ya üzv 211 assosiasiyadan 191-i iştirak edəcək.
Artıq bir sıra ölkələr yarış üçün yekun heyətlərini açıqlamağa başlayıblar. Dünya futbolunda özünəməxsus dəsti-xətti ilə seçilən Braziliya millisinin də Bakıya gətirəcəyi futbolçular bəlli olub.
Baş məşqçi Gilerme Dalla Dea 14 oyunçudan ibarət heyəti artıq müəyyənləşdirib. Bəlkə də onların arasından gələcəkdə dünya futbolunun ulduzuna çevriləcək futbolçular çıxacaq.
U-15 Braziliya millisinin Bakıya gələcək heyəti:
Qapıçılar: Artur Lourenço ("İnternasional"), Daniel Arkon ("Red Bull Bragantino")
Müdafiəçilər: Pietro Qomes ("Atletiko Mineyro"), Valmir Ribeyro ("Flamenqo"), Gilerme Borges ("İnternasional"), Sandro Silva ("Vitoria")
Yarımmüdafiəçilər: Dieqo Bento ("Vasko"), Qabriel Leyte ("Palmeyras"), Brener Paulinyo ("İnternasional"), Qabriel Kastor ("Qremio")
Hücumçular: Pedro Enrike ("Koritiba"), Kaua Souza ("Flamenqo"), Ariel Riçard ("Vasko"), İsak Alves ("Santos")