Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümünə start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

 

"Qaradağ Lökbatan" "Şəki"ni qəbul edəcək. "Şəmkir" isə "Ağstafa Gəncləri" ilə üz-üzə gələcək.

 

Mərhələnin digər oyunları 8 və 9 oktyabrda keçiriləcək.

 

Azərbaycan Kuboku
I təsnifat mərhələsi

 

7 oktyabr

 

"Qaradağ Lökbatan" – "Şəki"
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30

 

"Şəmkir" – "Ağstafa Gəncləri"
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30.