Argentina millisinin futbolçusu Enzo Fernandes komanda yoldaşı Lionel Messinin yığmaya vida etməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi "TyC Sports"a açıqlamasında bunları deyib:
"Bir gün övladlarıma və nəvələrimə danışacağam ki, Messi ilə birlikdə oynamışam, onunla dünya kubokunu qazanmışam. Bizə verdiyi hər şeyə görə ona minnətdarıq. Çox duyğulu gündür, hisslərim qarışıqdır. Messi üçün darıxacağıq".
Qeyd edək ki, Argentina ilə Benin arasında bu gecə baş tutan yoldaşlıq görüşü (3:0) Messinin millidəki sonuncu matçı olub.