Bosniya və Herseqovina milli komandasının və "Lids"in müdafiəçisi Tarik Muharemoviç karyerasında dəyişiklik edə bilər. Sport24.az xəbər verir ki, bosniyalı futbolçuya "Bavariya" və "Barselona" maraq göstərir.

 

Hər iki klub onun üçün "Lids"ə rəsmi təklif göndərib. Bu iki klubdan savayı, "İnter" də onu istəyir.

 

Muharemoviçin "Bavariya"nın dəvətinə daha müsbət yanaşdığı iddia olunur. 23 yaşlı futbolçunun "Lids"lə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir. Tarik "Volfsberger", "Sassuolo" klublarında oynayıb.