"Qalatasaray" futbolçusu Barış Alper Yılmazın müqaviləsini uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. "Sarı-qırmızılar" yaxın zamanda cinah oyunçusu ilə danışıqlara başlayacaq.
Barışın indiki müqaviləsi 2028-ci ilin yayına kimidir.
Qeyd edək ki, Türkiyəli futbolçu "Qalatasaray" formasıyla 212 oyunda 37 qol vurub, 36 məhsuldar ötürmə edib.