Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin yığmaya vida etməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis "Ole" nəşrinə açıqlamasında bunları deyib:
"Çox emosional və kədərli gün idi. Messi artıq bu formada olmayacaq. Ona məşqçilik etmək mənim üçün şərəf oldu. Bu gün hər kəsin qarşısında bunu söylədim.
Messi milli üçün bir dəyər idi. Həyatımda onun kimi birinə rəhbərlik edəcəyimi təsəvvürümə gətirmirdim. Lionel 20 il boyunca yığmanın ən yaxşısı oldu və bu gün də belədir.
Onu bir daha milli formada meydanda görməmək kədərli olacaq. Geridə inanılmaz bir miras qoydu. Biz isə yığma olaraq yolumuza davam edəcəyik. Messi kimi biri heç vaxt olmayacaq".