Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində qazaxıstanlı Abilayxan Zubanazarla qarşılaşıb.

 

Vüsal cərimə xalları hesabına rəqibinə uduzub.

 

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

 

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.