Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Heydərov 1/8 finalda italiyalı Covanni Espozito ilə üz-üzə gəlib. Olimpiya çempionumuz üçüncü şidoya görə məğlub olub və mübarizəni dayandırıb.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.