İsveç yığması UEFA Millətlər Liqasının IV turunda Rumıniyanı məğlub edib – 1:0. Sport24.az xəbər verir ki, Skandinaviya təmsilçisinin yeganə qolunu Viktor Qyökereş vurub.

 

İsveçli forvard ardıcıl yeddinci oyunda fərqlənib.

 

Viktor turnirdə bu göstəriciyə imza atan ilk futbolçu olub.

 

Qeyd edək ki, İsveç yığması 4 turdan sonra 10 xalla qrupda liderdir. Komanda Bosniya və Herseqovina, Rumıniya və Polşa ilə mübarizə aparır.