Ukrayna millisinin keçmiş baş məşqçisi Sergey Rebrov Sofiyanın ÇSKA klubunun təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə "TribunaSofia.bg" portalı məlumat yayıb.

 

Mənbənin yaydığı xəbər əsasən,  Bolqarıstan klubunun rəhbərliyi məşqçiyə illik 1 milyon avrodan çox maaş təklif edib. Lakin Rebrov klub səviyyəsində məşqçiliyə qayıtmaqdan imtina edərək, karyerasını yalnız millidə davam etdirmək istədiyini bildirib. Nəticədə, ÇSKA "sükan arxasına" Markus Gisdolu dəvət edib.

 

Qeyd edək ki, Rebrov son üç ildə Ukrayna millisini çalışdırıb. DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında İsveçə məğlub olduqdan sonra, postundan ayrılıb. Onun rəhbərliyi altında Ukrayna Avro-2024-ə vəsiqə qazansa da, qrup mərhələsini keçə bilməyib. Rebrov hazırda Ukrayna Futbol Assosiasiyasının vitse-prezidenti vəzifəsini tutur.