"Liverpul"un cinah oyunçusu Federiko Kyeza qış transfer dönəmində klubu tərk etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
2024-cü ilin yayında "Yuventus"dan "Liverpul"a keçdikdən sonra, futbolçu iki mövsüm ərzində Premyer Liqada cəmi iki dəfə start heyətində meydana çıxıb. Yeni baş məşqçi Andoni Iraolanın gəlişi və Məhəmməd Salahın komandadan ayrılması belə Kyezanın oyun vaxtının artması ilə nəticələnməyib.
İtaliya mətbuatında yayılan xəbərlərə görə, "İnter", "Latsio" və "Atalanta" 28 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Kyeza zədə səbəbindən bu mövsüm meydana çıxmayıb, "Liverpul"un Çempionlar Liqası üçün heyətinə daxil edilməyib.