Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, ümid millisinin rəqibi Cəbəllütariq yığması olacaq.
Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti saat 17:45-də səslənəcək.
Tərəflər arasında "Europa Point Stadium" keçirilən matç Rəşad Eyubovun yetirmələrinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 7 turdan sonra aktivində 7 xal olan U-21 turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Lider 19 xalla Portuqaliyadır. Çexiya 14 xalla ikinci, Şotlandiya və Bolqarıstan 11 xalla müvafiq olaraq 4-cü və 5-ci pillələri bölüşürlər. Hesabında xal olmayan Cəbəllütariq turnir cədvəlinin sonuncu pilləsində yer alıb.