"Qarabağ"ın qapıçısı Martin Zlomisliçin formasını geyindiyi Bosniya və Herseqovina millisi UEFA Millətlər Liqasında növbəti oyunu keçirib. Sport24.az xəbər verir ki, sözügedən komanda Polşanı qəbul edib.
Matm bosniyalıların qələbəsiylə başa çatıb – 1:0.
Zlomisliç oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
Qeyd edək ki, Bosniya 4 turdan sonra 8 xalla qrupda ikinci sıradadır. Komanda lider İsveçdən 2 xal geri qalır.