"Sabah" basketbol komandası bu gün FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu A qrupunda I turda Litvada "Ritas"la üz-üzə gələcək.

 

Görüş Bakı vaxtı ilə saat 20:30-da "Vilnüs Arena"da start götürəcək.

 

Qeyd edək ki, "Sabah" A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları ilə də qarşılaşacaq.