Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) ilk turun daha bir oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, NTD "Sumqayıt"la üz-üzə gələcək.

 

Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək.

 

Dünən keçirilən qarşılaşmada "Sabah" "LANDAU Lions"u məğlub edib - 84:74.

 

Qeyd edək ki, turun digər oyunları oktyabrın 3-ü və 4-dəkeçiriləcək. "Naxçıvan" - "Neftçi" görüşü isə Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.