Türkiyə Futbol Federasiyası son beş il ərzində Super Liqa və Birinci Liqa klublarında çalışmış və həmin müddətdə mərc oyunlarında iştirak etmiş 448 nəfəri Peşəkar Futbol İntizam Komitəsinə yönləndirib. Sport24.az xəbər verir ki, bu barədə yerli fedrasiya məlumat yayıb.
Onların arasında "Trabzonspor"un prezidenti Ərtoğrul Doğan və vitse-prezidenti Zeyyat Kafkas da var. Ümumilikdə, siyahıya Türkiyə futbolunun dörd böyük klublarından 31 nəfər daxildir: "Beşiktaş" (10), "Fənərbaxça" (3), "Qalatasaray" (5) və "Trabzonspor" (13).
Qeyd edək ki, Futbol İntizam Qaydalarının 57-ci maddəsinə əsasən, mərc etdiyi müəyyən edilən rəsmi şəxslər üç aydan bir ilə qədər müddətə rəsmi futbol vəzifələrini yerinə yetirməkdən kənarlaşdırıla və ya futboldan uzaqlaşdırla bilərlər.