"Inter Mayami"nin futbolçusu Lionel Messi "Eldense" klubunun yeni sahibi olub. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Bütün məsələlər həll olunsa da, sövdələşmə hələ İdman Qanunvericiliyində müəyyən edilmiş şərtlərə uyğun olaraq Mərkəzi İdman İdarəsinin təsdiqini gözləyir.

 

Bu, Messinin İspaniyadakı ikinci klubu olacaq. Belə ki, Lionel 2026-cı ilin aprelində İspaniya beşinci liqasında mübarizə aparan "Kornelya"nı da əldə edib. 

 

Qeyd edək ki,  hazırda Segunda da (İspaniya ikinci divizionu) çıxış edir və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.