Azərbaycan kubokunun 2026/27 mövsümünün 1-ci təsnifat mərhələsinin oyun cədvəli məlum olub. Sport24.az PFL-ə istinadən xəbər verir ki, matçlar 7, 8 və 9 oktyabr tarixlərində keçiriləcək.

 

7 oktyabr (çərşənbə)

 

14:30. "Qaradağ Lökbatan" – "Şəki"
Lökbatan OİK stadionu

 

14:30. "Şəmkir" – "Ağstafa Gəncləri"
Şirvan OİK stadionu

 

8 oktyabr (cümə axşamı)

 

14:00. "Difai" – "Zəngəzur"
Palms Sports Futbol Mərkəzi (IV meydança)

 

14:30. "Marafon" – "Dinamo"
"Marafon Arena"

 

14:30. "Şirvan" – "Kür-Araz"
Şirvan OİK stadionu

 

9 oktyabr (cümə)

 

14:30. "Ağdaş" – "Hypers"
Ağdaş şəhər stadionu

 

Qeyd edək ki, 1 oktyabr tarixdə Sabirabad rayonunda yerləşən "Marafon Arena"ya Peşəkar Futbol Liqası tərəfindən yekun təftiş və test oyunu həyata keçirilib. Məhz bu təftişin nəticəsinə uyğun olaraq  müvafiq addımlar atılıb. PFL tərəfindən stadionun uyğunluğu təsdiq olunub və "Marafon" klubu ev oyunlarını "Marafon Arena"da keçirəcək.