17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, yığma Kosovo ilə üz-üz gəlib.

 

11 qolun vurulduğu matç rəqibin qələbəsiylə başa çatıb – 8:3.

 

Azərbaycan millisi bundan əvvəl İrlandiyaya 0:16 hesabıyla məğlub olmuşdu.

 

Qeyd edək ki, milli növbəti görüşünü oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək.