"Millətlər Liqasında bir xalımız var və düşünürəm ki, ilk oyun üçün bunu pis nəticə deyil. Əlbəttə, daha yaxşı nəticə də əldə edə bilərdi, diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik".
Bunu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Yığmanın sabiq məşqçisi UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb:
Lixtenşteynlə matç haqqında çox danışmağa ehtiyac yoxdur. Bu oyunda xal itkisinə yol vermək olmaz və komandamız meydanda maksimum nəticə üçün mübarizə aparmalıdır. Bizim üçün əsas matç Litvaya qarşı olacaq. İlk oyunda onların həm güclü, həm də zəif tərəflərini görmək imkanımız oldu. Bu baxımdan, Bakıda keçiriləcək qarşılaşmaya daha hazırlıqlı çıxacağımıza inanıram. Düşünürəm ki, ardıcıl iki oyundan sonra ilk sıradakı mövqeyimizi 80-90 faiz qoruyub saxlamaq imkanımız olacaq. Təbii ki, futbolda əvvəlcədən heç nə demək mümkün deyil və hər oyuna maksimum diqqətlə yanaşmaq lazımdır. Əsas məsələ hər qarşılaşmada öz oyunumuzu bir qədər də yaxşılaşdırmaqdır. Komandanın oyununda oyundan-oyuna müəyyən irəliləyiş hiss olunur. Elə bu iki matça baxsaq, əvvəlki görüşlə müqayisədə müəyyən fərqləri görə bilərik. Oyunçular bir-birini daha yaxşı anlayır, komanda şəklində hərəkətlərdə də inkişaf var. Bununla yanaşı, təcrübəsi az olan futbolçularımızın olduğunu da nəzərə almalıyıq. Onların belə matçlarda təcrübə toplaması gələcək üçün çox vacibdir. Ümumilikdə, komandada müsbət istiqamətdə dəyişikliklər görürəm. Əsas odur ki, bu inkişafı davam etdirək, qarşıdakı oyunlara ciddi hazırlaşaq və xüsusilə Litva ilə matçda əldə edə biləcəyimiz nəticəyə maksimum diqqət ayıraq. Evdə azarkeşlərimizin qarşısında yaxşı oyun göstərmək və vacib xallar qazanmaq əsas məqsədimiz olmalıdır".
Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.